Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb.
E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. Bununla da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 4-ə çatıb. İndiyə qədər “Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu, Bakı Dövlət Layihə İnstitutu və Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar olub.
