Məzmuna keç

“ASAN xidmət” və “DOST” mərkəzlərindən başqa digər dövlət orqanlarında vətəndaşların yerində qəbulu həyata keçirilməyəcək

"ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, sentyabrın 30-dək digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu həyata keçirilməyəcək.

E-huquq.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.