Samir Şərifov: "Hazırda iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər prioritet deyil"


  • 17 Sentyabr 2020 13:09

"Yeni növ koronavirus (COVID-19) pandemiyası qlobal iqtisadi inkişafa, ticarət axınlarına, sosial təminata görünməmiş zərbə endirib, lakin hazırda iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər bizim həll etdiyimiz problemlər arasında prioritet deyil".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) "Çıxarılan nəticələr və inkişaf yolu" mövzusunda təşkil etdiyi vebinarda çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, COVID-19 pandemiyası dövründə CAREC regionunun ölkələri ilk növbədə, insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün pandemiya ilə mübarizə aparır və bu yöndə lazım olan addımları atır: "Məhz bu səbəbdən iqtisadi inkişaf və ticarət axınları ilə bağlı problemlər birinci sırada dayanmır".

S. Şərifov qeyd edib ki, hər bir böhran inkişaf üçün yeni imkanlar yaradır və Azərbaycan AİB-in CAREC proqramı üzərindən reallaşan təşəbbüsünü dəstəkləyir.

Oxşar xəbərlər