Dünyada koronavirus pandemiyası təhlükəsi artır


  • 20 Sentyabr 2020 15:05

Dünyada koronavirusa yoluxma hallarının sayı 31 milyonu ötüb.

Bu barədə e-huquq.az- ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Məlumata görə, hazırda dünyada COVID-19-a yoluxma hallarının sayı 31 002 707-ə çatıb. Eyni zamanda koronavirusdan ölənlərin sayı artıb. Belə ki, COVID-19-un qeydə alındığı ölkələrdə təhlükəli virusdan ölənlərin sayı artıq 961 612 nəfəri ötüb.

Virusun qeydə alındığı ölkələrin statistikasına əsasən ümumilikdə COVID-19-a yoluxmuş 22 610 909 pasiyent sağalıb. Bununla yanaşı, hazırda dünyada 7 430 186 koronavirus pasiyentinin müalicəsi davam edir.

Oxşar xəbərlər