Məzmuna keç

Türkiyə Müdafiə Nazirliyi erməni təxribatı nəticəsində Azərbaycan əsgərinin şəhid olmasını pislədi

"Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir!"

E-huquq.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsindən paylaşılan açıqlamada belə yazılıb.

Qeyd olunub ki, Dağlıq Qarabağı haqsız işğal edən Ermənistan indi də Tovuz bölgəsindəki atəşkəs şərtlərini pozub: "Ermənistan bir qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk".