Vergilər nazirinin müavini İlkin Vəliyevin Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən e-huquq.az-a bildirilib ki, görüşdə Azərbaycanın vergi sistemində aparılan islahatlar müzakirə edilib, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
