Məzmuna keç

Azərbaycanlı cüdoçu Avropa Oyunlarının gümüş medalını qazanıb – YENİLƏNİB

Azərbaycanlı cüdoçu Avropa Oyunlarının finalına yüksəlib

Azərbaycan cüdoçusu Rüstəm Orucov "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.

E-huquq.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda isveçli Tomas Masiasa məğlub olub.

Hər iki cüdoçu ehtiyatlı başlayıb. Buna görə hakim onlara xəbərdarlıq edib. Sonradan Orucov vaza-ari xalı ilə önə keçib. Az sonra Masias əvvəlcə vaza-ari ilə bərabərliyə, sonra ipponla qələbəyə nail olub. Bu, Azərbaycanın "Minsk 2019"da 6-cı medalı olub.

***16:51

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov 1/2 final görüşünə çıxıb.

E-huquq.az-ın məlumatına görə, o, bu mərhələdə yunanıstanlı Georgios Azoidisə 1 dəqiqə 51 saniyəyə qalib gələrək, adını finala yazdırıb.

Digər Azərbaycan təmsilçisi Hidayət Heydərov bürünc medal uğrunda təsəlliverici görüşdə daha əvvəl Rüstəm Orucovun ¼ finalda məğlub etdiyi Ermənistan idmançısı Ferdinand Karapetyanı üstələyib. Əlavə vaxtda ipponla qələbə qazanan Azərbaycan təmsilçisi bürünc medal görüşünə vəsiqə qazanıb.

***15:11

II Avropa Oyunlarının cüdo yarışlarının ikinci günündə mübarizə aparan (73 kq) Rüstəm Orucov ¼ final görüşünə çıxıb.

E-huquq.az-ın məlumatına görə, idmançımız bu mərhələdə Ermənistan təmsilçisi Ferdinand Karapetyanla qarşılaşıb. O, vaza-ari xalı ilə rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Rüstəmin növbəti rəqibi yunanıstanlı Georgios Azoidis olub.

Daha sonra Hidayət Heydərov 1/4 final görşünə çıxıb. 22 yaşlı cüdoçu yunan rəqibi Georgios Azoidisə 46 saniyəyə ipponla məğlub olub. O, bürünc medal uğrunda təsəlliverici görüşdə ermənistanlı Ferdinand Karapetyanla qarşılaşacaq.