Məzmuna keç

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər.

E-huquq.az xəbər verir ki, görüşdə Vətən Müharibəsi qəhrəmanları, “Qarabağ” və “Zəfər” ordenlərinə layiq görülmüş hərbi qulluqçular iştirak ediblər.