Məzmuna keç

Bəzi ərazilərdə qaz kəsilib

Bu gün İmişli və Saatlı rayonlarının bir sıra kəndlərinin qaz təchizatında fasilə yaranıb.

E-huquq.az bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəciravan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərinin, Saatlı rayonunun Naharlı və Məzrəli kəndlərinin qaz təchizatı dayandırılıb.