Məzmuna keç

Vəkillər Kollegiyası “I Vəkil Fotoqraf” Yarışması keçirir – ELAN

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu Azərbaycanda vəkilliyinin 100 illiyi münasibəti ilə “I Vəkil Fotoqraf” yarışmasının keçirilməsini nəzərdə tutub

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu Azərbaycanda vəkilliyinin 100 illiyi münasibəti ilə “I Vəkil Fotoqraf” yarışmasının keçirilməsini nəzərdə tutub.

Məqsəd

Yarışmanın məqsədi ölkədə mədəniyyət və incəsənətin inkişafına dəstək olmaq, vəkillərin bu sahədə olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq və onların bacarıqlarını qiymətləndirməkdir.

İştirak

Müsabiqədə vəkillərin və vəkil köməkçilərinin iştirakı nəzərdə tutulur. Hər bir iştirakçı yarışmaya ən çoxu 3 foto göndərə bilər.

Mövzu

Yarışmanın mövzusu sərbəstdir. İştirakçılar istənilən mövzuda (sosial, təbiət və s.) foto təqdim edə bilərlər.

Foto tələbləri

Fotolar sərgi və çap üçün ən azı 300 dpi ölçüdə və jpeg formatında olmalıdır.

Müraciət

Vəkillər müraciət etdikləri zaman vəkil vəsiqələrinin, vəkil köməkçiləri isə bu barədə müvafiq sənədin (əmr və s.) surətini təqdim etməlidirlər.

Yarışmaya qatılmaq istəyən şəxslər aşağıdakı əlaqə vasitələri ilə öz istəklərini bildirə və fotoları göstərilən elektron ünvanına göndərə bilərlər:

+994704342426 (Paşa Səfərov)

+994502107596 (Pənah Məmmədov)

elektron poçt: [email protected]

Yarışmanın mükafat fondu 600 manat təşkil edir.

Tarix

Yarışmada iştirak üçün müraciətin son müddəti 25 iyun 2019-cu il, saat 17:00-da bitir.

Mükafat qazanan şəxslər barədə məlumat www.barassociation.az ünvanında elan olunacaqdır.

Mükafat

Birinci yer – 300 manat + Diplom

İkinci yer – 200 manat + Diplom

Üçüncü yer – 100 manat + Diplom

Əlaqə:

Telefon: (+994)556807067

Ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ 1007