Məzmuna keç

Prezidentin köməkçisi: Cəbrayılda əsaslı bərpa işləri görüləcək

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad olumuş Cəbrayılın mərkəzində. Hər şey yerlə-yeksan edilib. Ermənistanın vandalizminin miqyası təsəvvür olunmazdır.

Prezident İlham Əliyev vurğuladı ki, əsaslı bərpa işləri görüləcək".

E-huquq.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.