Bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq.
E-huquq.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
“Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən (noyabrın 20-də – red.) bu proses başa çatdı. Biz Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xanəkəndindən köçənlərin geri qayıtmasını və hərkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”, – Şoyqu bildirib.
Qeyd edək ki, noyabrın 21-də Sergey Şoyqu Nikol Paşinyanla görüşüb.
