Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
E-huquq.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:
“Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir” – deyə, o bildirib.
