“Online Baku City Forum” keçiriləcək


  • 24 Noyabr 2020 16:03

“Caspian Energy Club” çərçivəsində ilk “Online Baku City Forum” keçiriləcək.

Klubdan e-huquq.az-a bildirilib ki, noyabrın 25-də təşkil olunacaq forumda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisindən rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forumda Bakı şəhərinin nəqliyyatına və infrastrukturuna aid olan məsələlər, təkliflər müzakirə olunacaq.

Oxşar xəbərlər