Məzmuna keç

Azərbaycanda keçmiş hakim vəfat etdi

Keçmiş hakim İlham Həsənov dünyasını dəyişib.

E-huquq.az bildirir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, təqaüddə olan hakim İlham Həsənov bu gün 68 yaşında vəfat edib.

İ.Həsənov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, İ.Həsənov Bakı Şəhər Məhkəməsində hakim, Respublika Apellyasiya Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində cinayət kollegiyasını sədri işləyib. O, işlədiyi müddətdə bir çox bəraət hökmləri çıxıarıb.