Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə müvəqqəti qapılar qoyulub


  • 26 Noyabr 2020 22:34

Ermənistan Müdafiə Nazirliyi Ermənistanın Geğarkunik vilayətindəki Zod qızıl yatağı ətrafında baş verənlərlə bağlı aydınlıq gətirib.

Azərbaycan, Rusiya və Ermənistan Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan- Ermənistan sərhədində xüsusi vasitələrdən (GPS) istifadə etməklə demarkasiya işlərinə başlayıblar.

E-huquq.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bir qədər əvvəl sosial şəbəkələrdə işğaldan azad olunmuş Kəlbəcər rayonuna daxil olan Azərbaycan hərbçilərinin erməni hərbçiləri ilə üz-üzə gəlməsi barədə videogörüntülər yerləşdirilib. Qeyd edilib ki, Ermənistanın Geğarkunik vilayətindəki qızıl yatağı ərazisinə gələn Azərbaycan hərbçiləri ermənilərdən oranı tərk etmələrini tələb ediblər. Ancaq sonradan Ermənistan MN bu məlumatı təkzib edib.

Müdafiə Nazirliyi demarkasiya işlərinin bir hissəsinin Zod qızıl mədəninin ərazisində aparıldığını qeyd edib.

Oxşar xəbərlər