Fransa qondarma "Dağlıq Qarabağ respublikasını" tanımır - RƏSMİ


  • 27 Noyabr 2020 00:05

Paris qondarma "Dağlıq Qarabağ respublikasını" tanımır.

E-huquq.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Səsvermə öncəsi aparılan müzakirələr zamanı Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan hökumətin bu mövzuda tutduğu mövqeyi xatırladıb. Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanımır”-deyə, bəyanatda qeyd olunub.

Oxşar xəbərlər