Məzmuna keç

Sabahın hava proqnozu açıqlanıb

Mayın 8-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti məlum olub. 

Mayın 8-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən e-huquq.az-a verilən xəbərə görə, məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütununu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında mayın 8-də ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.