"Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir" - Əfv Komissiyasının üzvü


  • 20 Yanvar 2021 15:24

“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar var. Əfvlə bağlı həddindən artıq müraciətlər mövcuddur”.

E-huquq.az xəbər verir ki, bunu “Report”a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb:

“Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi və əfv addımlarını əldə tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.

Oxşar xəbərlər