“Can Azərbaycanın 20 yanvar Milli Matəm gününü dərin hüzünlə yad edirəm” - Kamal Kılıcdaroğlu


  • 20 Yanvar 2021 23:24

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu Azərbaycanın 20 Yanvar şəhidlərini ehtiramla yad edib.

E-huquq.az-ın xəbərinə görə, “20 Yanvar” qətliamı haqqında Türkiyənin aparıcı müxalifət partiyasının lideri Kamal Kılıcdaroğlu özünün “Twitter” səhifəsindən paylaşım edib.

"31 il öncə Azərbaycanın müstəqilliyi üçün yaşanan, müstəqillik simvoluna çevrilən və tarixə “Qanlı yanvar” olaraq düşən faciədə şəhid olan qardaşlarımızı ehtiramla anıram, Can Azərbaycanımızın Milli Matəm Günündə ortaq qəlb sızıltılarımızı dərin hüznlə paylaşıram”, deyə CHP lideri qeyd edib.

Oxşar xəbərlər