Məzmuna keç

“AZGRANATA” MMC-nin istehsalat üzrə icraçı direktoru işdən ayrılıb

"AZGRANATA" MMC-nin istehsalat üzrə icraçı direktoru, İdarə Heyətinin üzvü Vüqar Mikayılov vəzifəsindən ayrılıb.

Bu barədə e-huquq.az-a şirkətdən məlumat verilib.

Qeyd edək ki, "AZGRANATA" MMC-nin struktur və funksiyaları optimallaşdırılır. Şirkətin inkişaf strategiyasına uyğun olaraq, bütün sahələr üzrə islahatlar aparılır. Bu islahatların həyata keçirilməsində məqsəd idarəetmənin təkmilləşdirilməsi və mənfəətin əldə edilməsidir.

Onu da əlavə edək ki, "AZGRANATA" MMC istehsalat prosesində sürətli inkişafa nail olmaq və ixrac potensialını artırmaq üçün beynəlxalq tərəfdaşlığı genişləndirir, şirkətə yerli və əcnəbilərdən ibarət yeni mütəxəssislər cəlb olunur.