Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.
E-huquq.az-ın məlumatına görə, o, öz ərizəsi ilə, digər işə keçdiyinə görə bu vəzifəsindən uzaqlaşıb.
Məlumatı nazirliyin şöbə müdiri Fazil Talıblı təsdiqləyib.
