Məzmuna keç

“Vətəndaşların əmək pensiyası hüquqları” mövzusunda dəyirmi masa keçiriləcək

Məhkəmə mübahisələri ilə bağlı dəyirmi masalar təşkil olunur

Məlumat verdiyimiz kimi hər həftənin çərşənbə axşamı Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun ofisində ən aktual məhkəmə mübahisələri ilə bağlı dəyirmi masalar təşkil olunur.

E-huquq.az xəbər verir ki, növbəti dəyirmi masa 18 iyul 2019-cu il tarixdə, saat 16:00-da “Vətəndaşların əmək pensiyası hüquqları” mövzusundadır. Mövzu üzrə əsas məruzəçi 20 saylı Vəkil Bürosunun vəkili Gülnar Qulizadədir.

Bu mövzu üzrə keçiriləcək müzakirələrdə iştirak etmək istəyən vəkillər dəvət olunurlar.