"Zəngilan rayonunda Birinci Ağalı kəndi layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir".
E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfəri zamanı səsləndirib.
Səfərdən olan görüntüləri Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşıb.
Görüntülərdə İ.Əliyevin kənd haqqında fikirləri yer alıb. O bildirib:
"Artıq ilkin araşdırmalar aparılıb. Bu dağılmış Ağalı kəndidir və birinci bərpa olunacaq məhz bu kənddir".
Посмотреть эту публикацию в Instagram
Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)
