"AZGRANATA" MMC-nin İdarə Heyətinin Sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev Ağsu Tədris Mərkəzində olub.
E-huquq.az-ın məlumatına görə, Ş.Mirzəyev ali məktəbə hazırlaşan abituriyentlərlə həmsöhbət olub, onlara tövsiyələr verib. Uğurlu karyera qurmağın sirlərini gənclərlə bölüşən sədr peşakar fəaliyyət üçün hər şeydən öncə düzgün seçim etməyin vacibliyini vurğulayıb.
Ş.Mirzəyev həmçinin abituriyentləri maraqlandıran sualları cavablandırıb.
Sonda çıxış edən tədris mərkəzinin rəhbəri Güvənc Türkmən maraqlı və faydalı müzakirəyə görə Ş.Mirzəyevə təşəkkürünü bildirib.
