Məzmuna keç

Prezident Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq sənədini təsdiqlədi

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.