22.10.2026
Tarixi Vətən müharibəsində zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayır –
Xəbərlər

Tarixi Vətən müharibəsində zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayır –

Fev 18, 2021

Tarixi Vətən müharibəsində zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayır.

E-huquq.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.

Baş nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb: “Cənab Prezidentin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlərə başlanılıb və ilkin tərəfdaşlarımız yenə türk qardaşlarımızdır. Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar”.