Qarlı hava sabah səngiyəcək - RƏSMİ


  • 24 Fevral 2021 09:38

“Bakıda əmələ gələn qar örtüyünün hündürlüyü 5 sm-ə yaxınlaşıb. Ən çox qar respublikanın Böyük Qafqaz rayonlarında qeydə alınıb. Belə ki, orada qarın hündürlüyü yarım metrə çatıb”.

E-huquq.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, gün ərzində əlverişsiz hava şəraiti davam edəcək: “Fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından başlayaraq proses səngiyəcək və yağıntılar səngiyəcək”.

Oxşar xəbərlər