Daha bir məktəb koronavirusa görə bağlandı


  • 27 Fevral 2021 22:05

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

E-huquq.az xəbər verir ki, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək.

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi.

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.

Mənbə: APA

Oxşar xəbərlər