Məzmuna keç

Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği açıqlandı

Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği açıqlandı 

Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

E-huquq.az-ın xəbərinə görə, müşavirədə Probasiya Xidmətinin rəisi – baş probasiya məmuru Akşin Ziyadov hesabat məruzəsi ilə çıxış edib.

O bildirib ki, birinci yarımildə məhkəmənin qərarlarına əsasən 966 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 431-i ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb.

Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 12 faiz artaraq 1,2 milyon manatdan çox olub.