Ceyhun Bayramovun Əbdüləziz Kamilov ilə telefon danışığı oldu


  • 6 Mart 2021 15:16

Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon danışığı olub.

Bu barədə e-huquq.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən ikitərəfli münasibətlərim inkişafı üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış əməkdaşlıq imkanları və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər