Məzmuna keç

Ata Abdullayev barəsində həbs qətimkan tədbiri seçildi

Səbail Rayon Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

E-huquq.az xəbər verir ki, məhkəmə təqdimatı təmin edib.

A.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətininin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.

Mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.