Məzmuna keç

Azərbaycanda yeni televiziya yaradıldı

Azərbaycanda “Kanal 5” adlı yeni internet televiziya yaradılıb.

E-huquq.az xəbər verir ki, reportajlar, müzakirələr və müsahibələrlə media ailəsinə qovuşacaq televiziyanın əsas məqsədi ölkəmizdə və dünyada baş verən ictimai-siyasi, hadisələri işıqlandırmaq, media aləminə töhfələr verməkdir.
Tamaşaçılar televiziyanın efirində vətənpərvərlik, araşdırma, təhlil xarakterli verilişlərlə yanaşı, tanınmış siyasətçilər və diaspor nümayəndələri ilə vaxtaşırı müsahibələr, həmçinin sosial-iqtisadi, mədəni sahələrdən proqramlar izləyə biləcək.