"AZGRANATA" MMC-nin İdarə Heyətinin sədri Şaiq Mirzəyev Ağsu İdman Kompleksinin Taekvondo üzrə gənclərdən ibarət komandasını geyim və digər idman ləvazimatları ilə təmin edib.
Bu barədə e-huquq.az-a Neftçi İdman Klubu İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağsu İdman Kompleksinin məşqçisi Vüqar Kərimov məlumat verib.
O qeyd edib ki, 12 nəfərdən ibarət komanda Kiyev şəhərində keçiriləcək Taekvondo üzrə təlim-məşq toplantısına geyim və digər ləvazimatlar olmadığına görə qatıla bilmirdi: "Şaiq müəllimə təşəkkür edirəm ki, onun yardımı ilə idmançılarımızın təminatı həyata keçirildi. Artıq bu gün idmançılarımız Ukraynanın paytaxtı Kiyev şəhərinə yola düşdülər".
V. Kərimovun sözlərinə görə, idmançılar 10 gün ərzində təlim məşq toplantısında iştirak edəcəklər.
