"Ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşdüm".
E-huquq.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
"Görüş zamanı yüksək texnologiyalar və innovasiyalar mövzuları ətrafında müzakirəmiz oldu, söhbətimiz maraqlı keçdi", – deyə nazir əlavə edib.
