Məzmuna keç

Prezident İlham Əliyev Xalq artistinə mənzil hədiyyə edib

Prezident İlham Əliyev Xalq artistinə üçotaqlı mənzil hədiyyə edib

Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova üçotaqlı mənzil hədiyyə edib.

E-huquq.az-ın xəbərinə görə, bu barədə “Report”a Q.İsmayılov özü məlumat verib.

O, bir müddət əvvəl mənzillə bağlı Prezidentə ərizə ilə müraciət etdiyini deyib: “Bir həftə sonra mənə dedilər ki, məsələ cənab Prezidentə məruzə olunub və müsbət həll olunub. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Xırdalanda kreditə götürülmüş bir otaqlı mənzildə yaşayıram. Təbii ki, bu xəbər məni sevindirməyə bilməzdi. Prezidentə öz təşəkkürümü bildirirəm. Çox məmnun oldum, çox xoş oldu”.