Məzmuna keç

Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri brifinq keçirir

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri brifinq keçirir.

E-huquq.az xəbər verir ki, türk dünyası, eləcə də regionda baş verən proseslərlə bağlı jurnalistlərin sualları cavablandırılır.

Xatırladaq ki, az öncə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda 3-cü toplantısı keçirilib.

Toplantıda türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı, türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə olunub.