Məzmuna keç

Prezident qəzetlərə əlavə maliyyə yardımı ayırdı – SƏRƏNCAM

Prezident qəzetlərə əlavə maliyyə yardımı ayırdı - SƏRƏNCAM 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Sərəncam Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzalanıb.

Sərəncama əsasən Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.