Türkiyə səfiri Azərbaycanı tərk etdi


  • 16 Aprel 2021 22:26

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral sabah Bakını tərk edib.

E-huquq.az xəbər verir ki, diplomat bu gün ölkəsinə qayıdıb.

E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti aprel ayında başa çatıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub.

Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Oxşar xəbərlər