Vəkillər cəzaçəkmə müəssisəsində məhkumlara pulsuz hüquqi yardım göstərdi - FOTO


  • 17 Aprel 2021 17:05

Bu gün Vəkillər Kollegiyasının bir qrup vəkili Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində olublar.

E-huquq.az xəbər verir ki, vəkillər cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınlarla görüşmüş, onlara ödənişsiz hüquqi yardım göstərilib.

Görüş zamanı məhkum qadınları maraqlandıran suallar cavablandırılıb, mülki və cinayət qanunvericiliyinin müddəaları izah edilmiş, bir sıra yazılı və şifahi məsləhətlər verilib.











Oxşar xəbərlər