Məzmuna keç

Yol polisi Daşkəsəndə reyd keçirdi –

Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub

Yol polisi Daşkəsəndə reyd keçirib (FOTO) - Gallery Image

Yol polisi Daşkəsəndə reyd keçirib (FOTO) - Gallery Image

Yol polisi Daşkəsəndə reyd keçirib (FOTO) - Gallery Image

Yol polisi Daşkəsəndə reyd keçirib (FOTO) - Gallery Image