Müdafiə Nazirliyinin üç generalı vəzifəsindən azad olunub.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev təqaüdə göndərilib.
Müdafiə Nazirliyindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyev yaşa görə ehtiyata buraxılıblar.
