“Kadr islahatların aparılması ilə bağlı mən ilk gündən yerli televiziyalarda və mətbuatda çıxış edərkən qeyd etmişəm ki, məhkəmə hakimiyyətində kadr islahatları aparılmadan nəticələr əldə etmək mümkün olmayacaq”.
E-huquq.az xəbər verir ki, bunu Bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, məhkəmədə kadr islahatları olduqca vacibdir: “Təklif edirəm ki, əvvəllər 20-25 il məhkəmədə işləyib sədr vəzifələrinə təyin edilmiş şəxslər müasir gənclərlə əvəz olunsun. 30-35 yaşı olan gənclər irəliyə çəkilməlidir, onların qarşısına şərtlər qoyulmalıdır: rüşvət olmayacaq, korrupsiya olmayacaq, ədalətsiz qərar çıxarılması olmayacaq. Belə olan halda onlar xaric ediləcəkdir.
Ümid edirik ki, yaxın aylarda məhkəmə hakimiyyətində köklü kadr islahatların şahidi olacağıq. Təmiz, gənc, perspektivli insanlar məhkəmə hakimiyyətinə gətirilməli və nöqsanlar aradan qaldırılmalıdır”.
