Məzmuna keç

Məzahir Pənahov yenidən MSK sədri seçildi

Mərkəzi Seçki Komissiyasının sədri müəyyənləşib.

E-huquq.az-ın məlumatına görə, MSK-nın bu gün yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib.

Həmçinin səsvermə nəticəsində Rövzət Qasımov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə Komissiyanın katibləri seçiliblər.