Məzmuna keç

Azad Rəhimov II Fəxri xiyabanda dəfn edildi –

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov dəfn edilib.

E-huquq.az xəbər verir ki, mərhumun cənazəsi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Mərasimdə dövlət və hökumət rəsmiləri, mərhumun yaxınları iştirak ediblər.

***

11:56

ABŞ-da müalicə aldığı xəstəxanada dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovun Bakıda dəfn mərasimi keçirilir.

E-huquq.az xəbər verir ki, mərhum nazirin nəşi II Fəxri Xiyabana gətirilib.

Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edir.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, 7 fevral 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib. Fəaliyyəti dövründə A.Rəhimov "Şöhrət" ordeni və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.