Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlandı


  • 3 May 2021 21:29

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 119 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 95, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 517 042, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 975 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 541 739 təşkil edir.

Oxşar xəbərlər