Məzmuna keç

Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı artdı

Cəbrayıl rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha bir hərbçisinin meyiti aşkarlanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 558 nəfərə çatıb.