“AZGRANATA” məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTOLAR


  • 10 İyun 2021 18:18

Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri işə başlayıb.

E-huquq.az-ın məlumatına görə, iyunun 10-dan 12-dək canlı formatda təşkil olunan sərgilərin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edir. Bu il Azərbaycan, ABŞ, Almaniya, Əfqanistan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Vircin adaları, Yunanıstan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət bu sərgilərə qatılıb.

Cənubi Qafqazın ən böyük şirkətlərindən olan “AZGRANATA” MMC də sərgidə iştirak edir. Şirkət alıcılarını “AZGRANATA” stendini ziyarət etməyə dəvət edir.

Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Heydər Əliyev pr., 515

Tarixlər:

10 iyun,Cümə axşamı 12:00 – 18:00
11 iyun,Cümə 10:00 -18:00
12 iyun ,Şənbə 10:00 -16:00

Qeyd edək ki, ziyarətçilərin tədbirə girişi tədbirin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaq.

Stend nömrəsi: F1316

Onlayn ziyarətçi qeydiyyatı üçün bu linkə keçid edə bilərsiniz.

Oxşar xəbərlər