Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlandı


  • 11 İyun 2021 21:07

Azərbaycanda bu gün 39 985 nəfər vaksinasiya olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 917, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 068 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 702 023-dür. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə isə 953 988 nəfər təşkil edir.

Oxşar xəbərlər