Məzmuna keç

Azərbaycanın daha 15 kiçik dövlət müəssisəsi hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26 oktyabr tarixində özəlləşdirmə hərracı təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, hərraca 15 kiçik dövlət müəssisəsi çıxarılacaq.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının siyahısı ilə Xidmətin rəsmi saytından tanış olmaq olar.